Haqqımızda

Jahangir Logistics yüklərin şəhərlərarası və beynəlxalq  avtomobil daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. .Avropa İttifaqı, Türkiyə, Rusiya  Federasiyası və MDB ölkələri üzrə ən münasib çatdırılma marşrutunu tərtib edir.  Şirkətimiz meyvə-tərəvəz, tezkorlanan, ədədi, tökmə (aşırma) və maye, komplekt və yığma (qarışıq), ağırçəkili, əndazəsiz və təhlükəli yüklərin  avtomobil daşımalarını təşkil və təmin edir.  

Mütəxəssislərimiz sifarişçinin fərdi tələbatlarını təhlil edir, daşınan yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alaraq, çatacağı ən son ünvana güvənli və diqqətli şəkildə daşınmasına çalışırlar ki, Müştərilərimiz onların bütün üstünlüklərini hiss etsinlər. İxtisaslaşmış komandamız monomodal və multimodal daşıma sxemlərini hazırlayır,  Müştərilərimizə  məsləhət xidməti və bütün yol boyu naviqasiya təqib xidməti təklif edir.

Beynəlxalq ticarətin inkişafı, daşınan malların siyahısının genişlənməsi, yüklərin refrijeratorlarda (soyuducularda) daşınması bazarının inkişafına təkan verib.  Ekspertlərin zənnincə, bu sahə gələcəkdə də inkişaf edəcək və genişlənəcək. Refrijeratorda (soyuducuda) yükdaşımalar yükün təhlükəsizliyi üçün istənilən məsafədə müəyyən temperatur rejiminə əməl edilməli olan yükləri daşımağa imkan verir. Xüsusi təhciz edilmiş nəqliyyat vasitələri sayəsində malların istehlak xassələri dəyişmir, habelə yük zərər görmür və korlanmır. Qida, kosmetika, kimya, əczaçılıq, sənaye, kənd təsərrüfatı və digər sahələrdə yükdaşımanın bu növünə xeyli tələbat var. Jahangir Logisticsın mütəxəssisləri temperatur rejimi, eləcə də təhlükəli yüklərin daşınmasının xüsusi qaydaları daxil olmaqla, sanitar tələblərə və standartlara riayət olunmasına nəzarət edir.